Close

21:58
17 Sentyabr 2024

Si Cinpin bu tarixdə Zelenski ilə görüşə bilər

Çin lideri Si Cinpin Ukrayna Prezidenti Volodimir Zelenski ilə gələn ayın əvvəlində görüşə bilər.

TNS xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin keçmiş müavini Aleksandr Çalı Çində keçirilən diplomatik forumda çıxışında deyib.

Çinin Avropa təhlükəsizliyinin bərpasına kömək etmək cəhdlərini qeyd edən Çalı bildirilib ki, indi Ukraynada hamı prezident Zelenski ilə prezident Cinpin arasında birbaşa təmasları gözləyir.