Close

12:30
17 Sentyabr 2024
11:30
17 Sentyabr 2024

Peskov Ukrayna hərbçilərinin Kurskdan çıxarılması planını açıqlayıb

Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmaq üçün lazımi planları var, lakin onlar açıq şəkildə müzakirə edilməməlidir.

TNS TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Təbii ki, hərbçilərin bütün lazımi planları var, lakin bunlar açıq şəkildə müzakirə oluna biləcək planlar deyil”, - Kreml sözçüsü deyib.

Beləliklə, o, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindən sıxışdırılması üçün vaxt çərçivəsinin olub-olmaması sualına cavab verib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da başlayıb. Bölgədə fövqəladə vəziyyət rejimi elan edilib. Sərhəd rayonlarının sakinləri təhlükəsiz ərazilərə köçürülür. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 11,5 mindən çox insan müvəqqəti yerləşdirilmə mərkəzlərindədir.