Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Tramp Putindən inciyib: "Bu, məni həqiqətən məyus etdi"

ABŞ-nin sabiq prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləməsi ilə bağlı ironik şərhinə görə incikliyini ifadə edib.

TNS-in yerli mediaya istinadən verdiyi xəbərə görə, Tramp Rusiya liderini şahmat ustası adlandırıb.

"Mən Putini yaxşı tanıyıram. O, bu yaxınlarda Harrisi dəstəkləyib. Bu, məni həqiqətən məyus etdi. Maraqlıdır, niyə Harrisi seçdi? O, əsl şahmat oyunçusudur", - deyə Tramp Viskonsin ştatında çıxışı zamanı bildirib. Respublikaçı əlavə edib ki, Putinin bu bəyanatı çox güman ki, istehza ilə edilib.

Bundan əvvəl Putin istehza ilə qeyd etmişdi ki, Moskva hazırkı Prezident Co Bayden prezidentlik yarışından "çıxarılandan" sonra demokratların əsas namizədi kimi Kamala Harrisi dəstəkləyir. Lakin o, son qərarın Amerika xalqından asılı olduğunu vurğulayıb.

Tramp daha əvvəl Putini, Çin Sədri Si Cinpini və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "dünya səviyyəli şahmatçılar" kimi təsvir etmişdi.