Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

İran paytaxtı köçürür- Tehran artıq...

İran Prezidenti Məsud Pezeşkian ölkə hakimiyyətinin paytaxtı daha da cənuba köçürmək niyyətini açıqlayıb.

TNS xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, iqtisadi səbəblərə görə Tehranı paytaxt kimi saxlamaqda davam etmək qeyri-mümkündür.

Prezident bildirib ki, yeni paytaxt Fars körfəzi sahillərinə daha yaxın yerləşəcək. Əvvəcə bütün dövlət idarələri ora köçəcək, sonra Tehran sakinlərinə yeni paytaxta köçmək imkanı yaradılacaq.

"Mövcud tendensiyanı davam etdirməklə ölkəni inkişaf etdirmək mümkün deyil. Əgər biz cənubdan və dənizdən Tehrana resurslar gətirməyə, sonra onları məhsula çevirib ixrac üçün yenidən cənuba göndərməyə davam etmək istəyiriksə, bu, bizim rəqabət qabiliyyətimizi daha da azaldacaq”,- Pezeşkian əlavə edib.