İran Prezidenti: "Söz verirəm ki, xalqa vəd etdiklərimi unutmayacağam"
17
13:00 - 01 Sentyabr 2024

İran Prezidenti Məsud Pezeşkian dünən axşam ilk dəfə geniş müsahibə verib.
TNS xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, dövlət televiziyasında xalq qarşısında çıxış edən dövlət başçısı bildirib ki, Dövlət Radio-Televiziyasında çıxış etmək istəsə də, protokola əsasən müsahibə Prezident Administrasiyasında aparılıb.
Məsud Pezeşkian prezident seçkisi zamanı xalqa verdiyi vədlərə toxunaraq deyib: "Mən xalqın etimadına görə təşəkkür edirəm və söz verirəm ki, dediklərimi unutmayacağam", - Pezeşkian bildirib.