Close

Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb

Qazaxıstanın şərqində dörd nəfər şaxtada naməlum maddədən zəhərlənərək ölüb.

TNS xəbər verir ki, bu barədə Şərqi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Avqustun 31-də saat 17:30-da “Vostoktsvetmet” MMC-nin şaxtasında ilkin məlumata görə, 4 nəfər naməlum maddədən zəhərlənərək ölüb. Daha bir nəfər Şərqi Qazaxıstan vilayətinin Qlubokovski rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər”, - məlumatda vurğulanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.