Close

BMT-dən İsrail və “Hizbullah”a çağırış

BMT-nin Baş katibi Antonio Quterreş bölgədə silsilə hücumlardan sonra İsraillə Livanın “Hizbullah” hərəkatı arasında gərginliyin artmasından narahatdır.

TNS xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

“Silahlı qarşıdurmanın artması hər iki tərəfdən mülki şəxsləri, regional təhlükəsizlik və sabitliyi təhdid edir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, BMT-nin Baş katibi münaqişə tərəflərindən vəziyyəti tez bir zamanda deeskalasiya etməyi tələb edib. Diplomat vurğulayıb ki, A. Quterreş İsrail və “Hizbullah”ı təcili olaraq döyüşləri dayandırmağa çağırıb.