Close

19:40
12 Sentyabr 2024

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Venesuelanın Ali Məhkəməsi iyulun 28-də keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsini təsdiqləyib.

TNS xəbər verir ki, bu barədə məhkəmənin sədri Karisliya Rodriqes “Venezolana de Television” kanalının yayımladığı məlumatda bildirib.

“Seçki materiallarının tədqiqi, Milli Seçki Şurasının 2024-cü il iyulun 28-də elan etdiyi və 2025-2031-ci illər konstitusiya dövrü üçün Venesuela Bolivar Respublikasının Prezidenti, vətəndaş Nikolas Maduro Morosun qalib gəldiyi prezident seçkilərinin nəticələrini təsdiq edir.", - deyə o bildirib.