Close

İsrail Mahmud Abbası Qəzzaya buraxmayıb

İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfərinə icazə verməkdən imtina edib.

TNS xəbər verir ki, bu barədə Fələstin Prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri Riyad əl-Maliki RİA Novosti-yə bildirib.

“Biz icazə istəmədik. Prezidentin Qəzzaya gedəcəyini bildirdik. Bundan sonra İsrailin cavabı gəldi və onlar prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklərini bildirdilər”, -müşavir qeyd edib.