Close

13:07
15 Yanvar 2025
12:32
15 Yanvar 2025

Kamala Harris qalib gələrsə bu səfir vəzifəsini tərk edəcək

ABŞ-nin Yaponiyadakı səfiri Ram Emanuel qarşıdan gələn seçkilərdə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris qalib gələrsə onun administrasiyasında vəzifə tutmaq üçün vəzifəsini tərk edəcək.

TNS xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Emanuel prezidentin milli təhlükəsizlik üzrə köməkçisi postuna iddialılardan biri ola bilər.

Donald Trampın seçkidə qalib gələcəyi təqdirdə ABŞ-nin əsas müttəfiqlərindən sayılan Yaponiyadakı səfirini istənilən halda dəyişəcəyi gözlənilir.

Ram Emanuel 2022-ci ilin yanvarından ABŞ-nin Yaponiyadakı səfiridir.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.