Close

Tramp Netanyahu ilə belə görüşdü - VİDEO

ABŞ-nin sabiq Prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu, eləcə də onun xanımı Sara Netanyahu ilə görüşüb. 

TNS CNN-ə istinadən xəbər verir ki, onların görüşü Trampın Florida ştatında Mar-a-Laqo iqamətgahında baş tutub.

Məlumata görə, bu, Trampın təxminən üç il əvvəl Ağ Evi tərk etməsindən sonra iki siyasətçi arasında ilk görüşdür.

Qeyd edək ki, Vaşinqtonda səfərdə olan İsrailin Baş naziri ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harris, eyni zamanda amerikalı iş adamı, milyarder Elon Mask ilə də görüşüb.