Close

Rusiyada 1000-ə yaxın miqrant həbs olundu

İyul ayı ərzində Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətində polis 1000-ə yaxın miqrantı həbs edib. 

TNS xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Onların əksəriyyəti miqrasiya qanunlarının pozulması ilə bağlı saxlanılıb” , - hesabatda qeyd olunur.

Yoxlamalar nəticəsində yüzlərlə qanun pozucusu həbs edilib.

“Miqrasiya qanunvericiliyinin ən kobud şəkildə pozulmasına yol vermiş 900-dən çox əcnəbi bir neçə il ərzində geri qayıtmaq qadağası ilə Rusiya Federasiyasından deportasiya olunmaq üçün ixtisaslaşdırılmış mərkəzlərə yerləşdirilib”, - deyə Baş İdarədən bildirilib.

Bundan əlavə, qeyri-qanuni miqrasiya üçün kanallar təşkil edən iki cinayətkar qrup da məhv edilib.