Close

Bu ölkədə güclü zəlzələ oldu

ABŞ-nin Texas ştatında 4,8 bal gücündə zəlzələ baş verib.

TNS xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin saytında məlumat verilib.

Bildirilib ki, zəlzələnin episentri 11,7 min nəfər əhalisi olan Snayder şəhərindən 23 km şərqdə yerləşib. Zəlzələ ocağı 1,9 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.