Close

İtaliyada zəlzələ oldu

İtaliya sahillərində 4 bal gücündə zəlzələ olub.

TNS xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, episentri Bakoli bələdiyyəsindən 2 kilometr, Neapol şəhərindən isə 13 kilometr uzaqlıqda dənizdə olan zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkandan dərhal sonra Neapolda ehtiyat tədbiri olaraq metronun hərəkəti dayandırılıb.

Dağıntılar barədə məlumat yoxdur.