Close

Kamala Harrisin optimist VƏDİ

İsrail girovların azad edilməsinə dair razılaşmanın ikinci mərhələsində Qəzza zolağından qoşunlarını tamamilə çıxaracaq.

TNS “Jerusalem Post”a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti, prezidentliyə namizəd Kamala Harris Ağ Evdə Baş nazir Benyamin Netanyahu ilə görüşündən sonra bildirib.

“Atəşkəsə çağıran və sülh üçün səy göstərən hər kəsə müraciət edirəm ki, sizi görürəm və eşidirəm”,- Harris deyib.

Onun sözlərinə görə, İsrailin təhlükəsiz olması, bütün girovların azad edilməsi, Fələstinlilərin Qəzzadakı iztirablarına son qoyulması və Fələstin xalqının azadlıq, ləyaqət və öz müqəddəratını təyinetmə hüququnu həyata keçirə bilməsi şərtilə bu müharibəni bitirməyin vaxtı çatıb.

Ancaq Kamala Harrisin ümid dolu vədi İsrail tərəfindən birmənalı qarşılanmayıb. İsrailin adını açıqlamayan rəsmisi “Times of Israel”ə bildirib ki, ABŞ-nin vitse-prezidenti Kamala Harrisin müharibəyə son qoymağa çağıran və fələstinlilər üçün “ağır humanitar böhranı” vurğulayan şərhləri HƏMAS-ı cəsarətləndirəcək və atəşkəs danışıqlarına zərər verəcək.