Close

Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb

Rusiyanın Belqorod vilayətinin Şebekino kəndinin atəşə tutulması nəticəsində doqquz nəfər yaralanıb.

TNS xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

“Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır”, – vilayətin rəhbəri qeyd edib.

Qladkovun sözlərinə görə, Şebekinoda səkkiz çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib.

“Evlərdən biri tamamilə məhv olub, iki avtomobil yanıb”, – qubernator vurğulayıb.

Xatırladaq ki, ötən gün Qladkov Şebekinodakı sənaye müəssisəsinin ərazisinə mərmi düşdüyünü bildirmişdi.