Close

Qaçqınlar üçün sığınacaqda yanğın olub, ölən və xəsarət alanlar var

Almaniyanın Buxholts şəhərində qaçqınlar üçün sığınacaqda baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

TNS xəbər verir ki, bu barədə “Bild" tabloid qəzeti polisin məlumatlarına istinadən məlumat yayıb.

“Ümumilikdə 20 nəfər xəsarət alıb, 8 nəfər xəstəxanaya yerləşdirilib”, - məlumatda qeyd edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğına səbəb sığınacaq sakinləri arasında baş verən dava olub.

Bildirilib ki, güman ki, Efiopiyadan olan bir qaçqın tez alışan mayeni yandırıb, nəticədə partlayış baş verib. Nəticədə həmin şəxs ölüb.