Close

12:34
06 Oktyabr 2024
12:10
06 Oktyabr 2024

Prezident dövlət qulluqçularına qumar, lotereya və mərc oyunlarını qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət qulluqçularına, hərbi qulluqçulara və xüsusi qurumların əməkdaşlarına qumar, lotereya və mərc oyunları oynamağı qadağan edib.

TNS xəbər verir ki, Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, ölkə başçısı bununla bağlı qanun imzalayıb.

“Qanunla əhalinin qumar oyunlarına aludəçiliyinin azaldılmasına yönəlmiş məhdudlaşdırıcı və stimullaşdırıcı normalar nəzərdə tutulur. Büdcə təşkilatlarının rəhbərləri də qumar oyunlarında iştirak edə bilməyəcək və məhdudiyyətlərə əməl edilməməsi onların işdən çıxarılması ilə nəticələnəcək”, - məlumatda deyilir.

Bununla bağlı respublikanın Turizm və İdman Nazirliyinə qumar biznesində aparılan əməliyyatlara nəzarəti gücləndirmək tapşırılıb.