Close

Kiyevdə partlayışlar baş verib

Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.

TNS xəbər verir ki, "Telegram" kanalları şahidlərə istinadən Kiyevdə partlayışlar barədə məlumat veriblər.

Kiyev meri Vitali Kliçko Ukraynanın paytaxtında partlayışları təsdiqləyib və sakinlərdən sığınacaqdan çıxmamağı xahiş edib.

TASS agentliyi Kiyevin Julyanı hava limanı rayonunda güclü partlayışın baş verdiyini yazıb.

Ukraynanın "Strana" nəşri isə Odessanın bir hissəsində elektrik enerjisi kəsildiyi barədə məlumat yayıb.