Close

Orban Pekindən sonra Vaşinqtona səfərə gedib

Macarıstan Baş naziri Viktor Orban bu gün Çin dövlət başçısı Si Cinpin Pekində görüşüb.

TNS xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Macarıstan lideri Pekindən sonra Vaşinqtona yola düşdüyünü bildirib.

Qeyd edək ki, Orban iyulun 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib. İyulun 2-də isə o, Kiyevə səfər edib və burada bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb. O, eyni zamanda, iyulun 6-da Şuşada TST liderlərinin sammitində iştirak edib.