Close

Nəticələr açıqlandı: Baş nazir istefa verir

Fransanın Baş naziri Qabriel Attal istefa verəcək.

TNS BFMTV-yə istinadən xəbər verir ki, o, bu barədə növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra bildirib.

“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”,- Attal deyib.

Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.