Close

Fransa seçkilərində heç bir alyans mütləq çoxluğu qazana bilmir

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir.

TNS xəbər verir ki, bunu BFMTV telekanalı bildirib.

Beləliklə, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.

Eyni zamanda, “Respublika uğrunda birlik” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli birlik” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir. Sağ mərkəzçi "Respublikaçılar" partiyası aşağı palatada 60-70 yerə arxalana bilər. Milli Assambleyada ümüumilikdə 577 yer var.

Elabe sosioloji xidmətinin məlumatına görə, növbədənkənar seçkilərin ikinci turunda iştirak 67%-i keçib. İyunun 30-da baş tutan birinci turda bu göstərici 66,7% olub.