Close

19:54
05 Oktyabr 2024

Böyük Britaniya Ukraynaya yenidən silah-sursat göndərəcək

Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Ukraynaya “Brimstone” raketləri göndəriləcəyini açıqlayıb.

TNS TASS-a istinadən xəbər verir ki, Odessaya səfər edən Con Hili Böyük Britaniyanın Ukraynaya 90 dəqiq idarə olunan “Brimstone” raketi, 10 AS-90 özüyeriyən artilleriya qurğusu və 250 min döyüş sursatı verəcəyini əlavə edib.

"Kiyevə növbəti hərbi yardım paketinə, həmçinin 50 kiçik qayıq, 40 minaaxtaran maşın, müdafiə mövqelərini gücləndirmək üçün 61 buldozer və əvvəllər tədarük edilmiş AS-90-lar üçün ehtiyat hissələri də daxildir", - deyə o bildirib.