Aralıq dənizində zəlzələ olub
10
18:23 - 07 İyul 2024
Aralıq dənizinin şərqində 4,1 maqnitudalı (Mw) zəlzələ olub.
TNS xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.
Qurumun verilənlərinə əsasən, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə yerləşib. Türkiyə vaxtı ilə 16:55-də (Bakı vaxtı ilə 17:55) qeydə alınmış təbiət hadisəsinin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub.
Regionda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.