Close

19:54
05 Oktyabr 2024
19:24
05 Oktyabr 2024

Pezeşkianın prezident seçilməsinə ABŞ-dən reaksiya

İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-nin bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək.

TNS TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

“Seçkilər bizim İrana yanaşmamıza ciddi təsir etməyəcək”, - ABŞ rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməyib:

“Eyni zamanda, Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq”.

O, İrandakı seçkilərin “azad və ədalətli keçirilmədiyini” iddia edib:

“Biz bu seçkilərin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya öz vətəndaşlarının insan haqlarına daha çox hörmətlə yanaşılacağına gətirib çıxaracağını gözləmirik”.