Close

Türkiyə 2 terrorçunu məhv etdi, silahları ələ keçirdi

Türkiyə ordusu İraqın şimalındakı Dərgələ və Miska kəndləri arasında 2 PKK terrorçusunu məhv edib.

TNS xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Dərgələ kəndində aparılan axtarış zamanı çoxlu sayda silah, sursat və texnika ələ keçirilib.