Close

İran Prezidentinin andiçmə mərasimi bu tarixdə keçirilə bilər

İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminin bəzi təfərrüatları açıqlanıb.

TNS xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, prezidentin aniçməsi ay yarım ərzində baş tuta bilər:

“Prezidentin andiçmə mərasiminə adətən xarici qonaqların dəvət olunduğunu nəzərə alsaq, bu proses müəyyən vaxt tələb edir. Hazırkı proqnozlar göstərir ki, İranın 9-cu prezidentinin andiçmə mərasimi mordad ayının birinci yarısında baş tutacaq”.