Close

Britaniyada 22 yaşlı gənc deputat seçilib

Britaniyada 2002-ci il təvəllüdlü Sem Karlinq şimal-qərbi Kembricşir bölgəsindən Leyboristlər Partiyasının deputatı seçilib.

TNS xəbər verir ki, bununla da o, Britaniya parlamentindəki ən gənc deputat ünvanına yiyələnib.

Kembric Universitetinin məzunu olan Sem Karlinq rəqibi - Mühafizəkarlar Partiyasının təxminən 20 ildir həmin bölgə üzrə deputatı Şaileş Varadan 39 səs çox toplayıb.

Sem Karlinq qələbəsini “siyasi zəlzələ” adlandırıb və daha çox gəncin dövlət vəzifələrində çalışacağına ümid etdiyini bildirib.