Qəzaya düşən Suriya prezidentinin müşaviri xəstəxanada keçinib
19
22:10 - 05 İyul 2024
![](/upload/files/up3/Xeberler/2024/07/5/5e6b0e38-a0d5-3042-bead-0dd7c3b28d63_850.jpg)
Suriya prezidentinin müşaviri Luna əl-Şibl iyulun 2-də Dəməşq yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəstəxanada keçinib.
TNS xəbər verir ki, bu barədə SANA dövlət agentliyi ərəb respublikasının rəhbərinin ofisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, iyulun 2-də Əl-Şiblin idarə etdiyi avtomobil yoldan çıxaraq qəza törədib. Avtomobili idarə edən sürücü sağ qalıb və nəzarətə götürülüb. Suriya prezidentinin müşaviri ağır kəllə-beyin travması ilə xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilmişdi.