Close

İranda prezident seçkilərinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb

İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

O, bildirib ki, bütün seçki məntəqələrində səsvermə yerli vaxtla saat 20:00-a qədər uzadılıb.

Xatırladaq ki, iyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir. Bu mərhələdə Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.