Close

Xamenei səsvermə zamanı problemlə üzləşib

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei səsvermə bülletenini imzalayan zaman qələm yazmayıb, ona yenisini veriblər.

TNS xəbər verir ki, bu, yayılan videolarda görüntülənib.

Xameneinin yazmayan qələmi masanın üstünə sakitcə atmadığı da həmin videoda açıq-aşkar görünür.

Xatırladaq ki, iyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir. Bu mərhələdə Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.

Qeyd edək ki, Xamenei seçki məntəqəsi fəaliyyətə başlayan kimi səsverməyə gedib.