Close

Bu gün Moskvada Putinlə Orban arasında danışıqlar keçiriləcək

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Macarıstan Baş naziri Viktor Orban arasında danışıqlar keçiriləcək.

TNS xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O, Orbanın bu gün Moskvaya işgüzar səfərə gəldiyini təsdiqləyib. Rusiya Prezidentinin sözçüsü qeyd edib ki, yaxın dəqiqələrdə Kremldə Putin-Orban danışıqları olacaq.

Peskov danışıqlarda o cümlədən Ukrayna mövzusunun müzakirə olunacağını söyləyib. Kreml rəsmisi danışıqlarda Vladimir Medinski, Sergey Lavrov və Yuri Uşakovun iştirak edəcəyini də bildirib.