Close

Hakimiyyəti zorla ələ keçirmək istəyən dəstə üzvləri tutulub

Qırğızıstanda hakimiyyəti zorla ələ keçirməyi planlaşdıran dəstə üzvləri həbs olunub.

TNS-in yerli mətbuata istinadən xəbərinə görə, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Bildirilib ki, qruplaşma ölkə ərazisində çoxsaylı insan ölümünə səbəb ola biləcək kütləvi iğtişaşlar törətməyi qarşısına məqsəd qoyub.