Close

09:26
08 İyul 2024

Paris Olimpiadası zamanı terror aktları törətmək istəyən bir neçə nəfər tutulub

Son günlər ərzində Paris Yay Olimpiya Oyunları zamanı silsilə terror aktları törətmək istəyən bir neçə nəfər tutulub.

TNS-in xəbərinə görə, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen BFMTV-nin efirində deyib.

O həmçinin bildirib ki, görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, ölkədə terror təhlükəsi hələ də qalmaqdadır:

“Biz bu məsələni ictimailəşdirmək istəməzdik. Çünki qarşıda ölkəmizi seçkilər gözləyir. Lakin son günlər terror aktlarını təşkil etməkdə şübhəli bilinən bir sıra şəxslər həbs olunub. Hazırda bütün faktlar üzrə istintaq aparılır”.

Qeyd edək ki, XXXIII Paris Yay Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.