Close

09:26
08 İyul 2024

Navalnının həyat yoldaşı axtarışa verilib

Yuliya Navalnaya federal axtarışa verilib.

TNS xəbər verir ki, bu barədə "Potok" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, Yuliya Navalnaya ekstremist cəmiyyətdə iştirakda ittiham olunur. Bundan əlavə onun 75.5 milyon rubl dəyərində məbləğin leqallaşdırılmasında iştirakı araşdırılır.

Qeyd edək ki, Yuliya Navalnaya Korrupsiyaya qarşı mübarizə Fondunun yaradıcısı, müxalif siyasətçi, bu ilin fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının həyat yoldaşıdır.