Rişi Sunak istefa verdi
19
11:53 - 05 İyul 2024
![](/upload/files/up3/Xeberler/2024/07/5/rishi-sunak.jpg)
Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib.
TNS xəbər verir ki, bu barədə Britaniya KİV-i məlumat yayıb.
O, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən R.Sunak iki ildən az müddətə bu vəzifədə çalışıb.