Close

Odessa ballistik raketlə vuruldu

Rusiya Odessa vilayətinin liman infrastrukturunu ballistik raketlə vurub.

TNS UNİAN-a istinadən xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının sədri Oleq Kiper bildirib.

“Axşam saatlarında Odessa vilayətinin liman infrastrukturuna zərbə endirilib. Liman obyektlərinə və inzibati binalara ziyan dəyib. Bir mülki vətəndaş həlak olub, yeddi nəfər yaralanıb”,- Oleq Kiper qeyd edib.

Cənub müdafiə qüvvələri zərbənin ballistik raketlə törədildiyini rəsmən təsdiqləyib.

Fəsadlar barədə məlumatlar dəqiqləşdirilir.