Close

Bu ölkədə güclü zəlzələ baş verdi

Kanada sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

TNS xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə, Viktoriya şəhərindən 417 kilometr qərbdə (əhali təxminən 289 min nəfər) yerləşib.

Sunami təhlükəsi elan edilməyib və tələfat yoxdur.