Close

"Macarıstanın Aİ adından danışmaq səlahiyyəti yoxdur"

Macarıstanın Avropa İttifaqı adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur.

TNS xəbər verir ki, bunu Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel bildirib.

“Macarıstanın Aİ Şurasına müddətli sədrliyi Avropa İttifaqı adından Rusiya ilə əlaqə saxlamaq səlahiyyətinə malik deyil”, -Macarıstanın Baş naziri Viktor Orbanın sülh təşəbbüslərini və Moskvaya mümkün səfəri ilə bağlı məlumatları şərh edən Şarl Mişel “X” hesabında yazıb.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı heç bir danışıq Ukraynasız baş tuta bilməz.