Close

Netanyahu Baydenə Qəzzadakı müharibəni nə zaman dayandıracağını deyib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenə zəng edərək Qəzza zolağında hərbi əməliyyatın yalnız bütün məqsədlərə çatdıqdan sonra başa çatacağını bildirib.

TNS xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

“Baş nazir girovların azad edilməsi üçün danışıqları davam etdirmək məqsədilə bir qrup göndərmək qərarı barədə prezidenti məlumatlandırıb və İsrailin sadiq olduğu prinsipləri təsdiqləyib. Bunlardan ən başlıcası müharibəni yalnız bütün məqsədlər yerinə yetirildikdən sonra dayandırmaq öhdəliyidir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, Netanyahu ilə Bayden arasında telefon danışığı iyulun 4-də ABŞ-nin Müstəqillik Günündə baş tutub. Baş nazir Netanyahu bildirib ki, Birləşmiş Ştatlar olmadan dünyada azadlıq yoxdur. Bayden isə İsrail olmadan dünyada yəhudilərin təhlükəsizliyinin təmin edilməsinin mümkünsüzlüyünu deyib.