Close

09:06
07 İyul 2024

Moldova İrəvan-Kişinyov avisreysləri üçün ciddi tələblər müəyyən edib

Ermənistanın “Flyone-Armenia” aviaşirkəti İrəvandan Moldovaya uçan təyyarənin sərnişinləri barədə məlumatı qarşı tərəfə verməlidir.

TNS-in “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bu barədə tələb Moldova hökuməti tərəfindən irəli sürülüb.

Müəyyən olunan tələblərə əsasən, Ermənistandan uçan sərnişinlər həm uçuşdan öncə, həm də təyyarə eniş etdikdən sonra ciddi yoxlamadan keçəcək. Rəsmi Kişinyovun tələblərinə cavab verməyənlər isə “arzuolunmaz şəxs” elan edilməklə, bir daha Moldova ərazisinə buraxılmayacaq.

Eyni zamanda, Ermənistandan gələn təyyarənin sərnişinlərinə 3000 ABŞ dollarından artıq valyuta gətirməyə icazə verilməyəcəyi də açıqlanıb.

Qeyd edək ki, bu qərarın verilməsinə son günlər Rusiya vətəndaşlarının İrəvan-Kişinyov təyyarəsi ilə Moldova ərazisinə daxil olduğu barədə xəbərlərin yayılması səbəb olub.