Close

09:06
07 İyul 2024

Finlandiya hökuməti miqrantlar üçün qanunları sərtləşdirir

Finlandiya hökuməti sentyabrın 1-dən ölkəyə giriş icazəsi üzrə bir sıra hüquqi normaları sərtləşdirəcək.

TNS xəbər verir ki, bildirilib ki, dəyişikliklər miqrantlar tərəfindən müvafiq hüquqi prosedurlara riayət olunmasını təmin etmək məqsədi daşıyır.

Dəyişikliklərə əsasən, müvəqqəti yaşayış və iş icazəsindən icazəsinin verilməsindən imtina olunan şəxslər növbəti dəfə bu məqsədlə müraciət edə bilməyəcək. Digər tərəfdən, səlahiyyətli hökumət qurumuna müvafiq tələblə müraciət edən əcnəbilər aid olduqları ölkənin ümumvətəndaşlıq pasportunu da təqdim etməlidir.

Yekunda onlar barədə məlumatlar müvafiq portala daxil ediləcək və bu da həmin şəxslərin sürətli identifikasiyasına imkan verəcək.