Close

Qazaxıstan Prezidenti: "BMT-yə alternativ yoxdur"

BMT-nin alternativi yoxdur, beynəlxalq ictimaiyyətin vəzifəsi bu universal təşkilatın rolunu gücləndirməkdir.

TNS TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada “ŞƏT plus” formatında keçirilən görüşdə deyib.

“Bu universal təşkilatın alternativi yoxdur. Onun potensialı hələ də tükənməyib. Bizim ümumi vəzifəmiz XXI əsrin çağırışları ilə səmərəli mübarizə aparmağa qadir olan qlobal təhlükəsizliyin təmin edilməsində əsas beynəlxalq təsisat kimi BMT-nin rolunu gücləndirməkdir”, - o vurğulayıb.