Close

Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək

Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək.

TNS xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Parlamentin yaz sessiyası üçün qəbul edə bilmədiyi qanun layihələri gündəliyə daxil edilib.

Məlumata görə, bunlar arasında nazirlər kabinetinin özəl sektorla birlikdə həyata keçirilən investisiya proqramlarını təsdiqləmək hüququ alacağı "hökumətin strukturu və fəaliyyəti haqqında" qanuna dəyişikliklər layihəsi var.

Bundan başqa, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsinə də baxılacaq.