Türkiyə səfiri Almaniya XİN-ə çağırılıb
5
14:47 - 04 İyul 2024
![](/upload/files/up3/Xeberler/2024/07/4/b05c0886-ea9d-3477-80dd-f88ff3816efc_850.jpg)
Türkiyənin Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
TNS xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı Almaniya XİN-in nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, səfir Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə çağırılıb.