Close

Rus qazı əvəzinə, Azərbaycan qazı... - Zelenski açıqladı

Ukrayna Azərbaycandan təbii qazın Avropa İttifaqına tədarükü ilə bağlı danışıqlar aparır, tranzit ölkə rolunu qorumağa və Qərb qonşularına enerji təhlükəsizliyini təmin etməyə kömək etməyə çalışır.

TNS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Bloomberg TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsinə dair razılaşma hazırda müzakirə olunan təkliflərdən biridir.

“Biz indi qaz tədarük edən başqa ölkə ilə alternativ variantları nəzərdən keçiririk. Rusiya Federasiyası ilə qaz müqaviləsini uzatmaq istəmirik”, - Zelenski bildirib.