Close

21:40
05 İyul 2024

Ermənistanın hərbi hissələrindən birində əsgərin meyiti tapılıb

Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu ölüb.

TNS xəbər verir ki, bu barədə yerli KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin məlumatına görə, iyulun 3-də saat 00:45 radələrində qurumun N saylı hərbi hissəsinin müqavilə ilə xidmət edən hərbi qulluqçusu Sarqis Xaçatryanın güllə yarası ilə meyiti tapılıb.

Hadisənin baş vermə şəraiti araşdırılır.