Close

ABŞ Konqresinin nümayəndələri Ermənistana səfər edib

ABŞ Konqresinin hər iki palatasının nümayəndə heyəti Ermənistanda səfərdədir.

TNS “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi bildirib.

Məlumata görə, nümayəndə heyətinə Respublikaçılar Partiyasından olan, ABŞ-in Missisipi ştatının senatoru, Helsinki Komissiyasının üzvü, Senatın Silahlı qüvvələr üzrə komitəsinin üzvü Rocer Uiker başçılıq edir.

Bildirilib ki, nümayəndə heyətinə Cənubi Korelinadan respublikaçı, Aşağı (Nümayəndələr Palatası) Palatasının üzvü, ABŞ Helsinki Komissiyasının sədri Co Uilson, Demokratlar Partiyasının təmsilçisi, Senatın beynəlxalq münasibətlər üzrə komitənin sədri, Merilend ştatından senator Ben Kardin, Texasdan respublikaçı senator Con Kornin, respublikaçı, Alabamadan nümayəndələr palatasının üzvü Robert Aderxolt və başqa respublikaçı konqresmenlər daxildir.

Onların Ermənistanda bir sıra rəsmi görüşlər keçirəcəyi, regional vəziyyəti müzakirə edəcəyi gözlənilir.