ABŞ-nin arsenalına “radardan itən” MQ-9 dronları daxil olacaq
6
09:05 - 03 İyul 2024
![](/upload/files/up3/Xeberler/2024/07/3/48d5842f-e5c0-325a-bdc8-d042ddeafa47_850.jpg)
ABŞ ordusu radarlara görünməz edəcək yeni sistemlərlə təchiz edilmiş “MQ-9 Reaper” pilotsuz uçan aparatları əldə edəcək.
TNS TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun komandanı general Erik Smit Brukinqs İnstitutunda çıxışı zamanı deyib.
“MQ-9-a gəlincə, gizliliyi pozmasaq, o, düşmən radarından bir növ itmək qabiliyyətinə malikdir. Sadəcə bunu deyə bilərəm”, – o vurğulayıb.
Havay ştatında yaradılan Dəniz Piyadaları bölməsindən danışan general, onun ən son nəsil müşahidə avadanlığı alacağını qeyd edib.