Close

Kral Çarlz Şotlandiyada səfərdədir

Böyük Britaniya Kralı III Çarlz hər il keçirilən Holirud həftəsi çərçivəsində Şotlandiyaya iki günlük səfər edib.

TNS xəbər verir ki, Holirud həftəsi Şotlandiya mədəniyyətini, icmasını və nailiyyətlərini qeyd etmək üçün Britaniya monarxının ölkəyə bir həftəlik səfərini əhatə edir. 4 iyulda Britaniyada keçiriləcək növbədənkənar seçkilərə görə, bu il daha yığcam keçiriləcək tədbir çərçivəsində Kral Çarlz Holirud Sarayındakı bir sıra mərasimlərə qatılıb. Kraliça Kamilla isə Edinburqdakı kitab mağazası sahibləri, yazıçılar və ədəbi təşkilatlar üçün tədbir keçirib.

Kral Çarlz və Kraliça Kamilla səfəri Edinburq qəsrində şəhərin 900-cü ildönümünə həsr olunmuş bayram tədbiri ilə yekunlaşdıracaqlar.